AZƏRBAYCAN » CƏMİYYƏT
19 İyul 2017, 15:50 (GMT +4)

Akif Əlizadə AMEA-nın “Elm” uşaq istirahət düşərgəsində olub

Bakı, 19 iyul, SalamNews, Ş.Nəzərli. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə  bu gün AMEA-nın “Elm” uşaq istirahət düşərgəsində olub. 

AMEA-dan SalamNews-a bildirilib ki,  akademik Akif Əlizadəni Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri Fətəli Abdullayev, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov və Azad Həmkarlar İttifaqının sədr müavini Habil Qurbanov müşayitə ediblər. Alimlər düşərgənin ərazisində yaradılan infrastrukturla yaxından tanış olublar, A.Əlizadə  düşərgədəki şəraitlə bağlı  müəyyən tapşırıqlar verib.

Sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.

Qeyd edək ki, “Elm” uşaq istirahət düşərgəsi 1960-cı ildən fəaliyyət göstərir. Düşərgə ərazisində yerləşən istirahət otaqları və yeməkxana yenidən inşa edilib, girişdə mini zoopark və fəvvarə quraşdırılıb.