AZƏRBAYCAN » DİN
14 İyul 2017, 17:50 (GMT +4)

DQİDK Neftçalada dini maarifləndirmə tədbiri keçirib

Bakı, 14 iyul, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonunun Aşağı Qaramanlı kəndindəki “Abbas” məscidinin dini icması tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

SalamNews-un xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı mələhətçisi Yusif Yusifli, Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icmasının sədri Fərəcov Hatəm və dini ayinlərin icraçısı Taleh Əliyev,QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Vasif Əliyev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. Natiq onu da qeyd edib ki, Azərbaycan bütün dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşadığı ölkədir.

Daha sonra Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icmasının sədri Hatəm Fərəcov, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icmasının dini ayinlərinin icraçısı Taleh Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Vasif Əliyev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.