AZƏRBAYCAN » MEDİA
26 May 2017, 16:31 (GMT +4)

İnterAz telekanalı neçə ildir yayımladığı səmərəli verilişlər vasitəsilə geniş tamaşaçı kütləsi qazanıb (VİDEO)

Bakı, 26 may, SalamNews, S.Vaqifoğlu. İnterAz telekanalı neçə ildir Azərbaycanda və postsovet məkanında yayımladığı səmərəli verilişlər vasitəsilə geniş tamaşaçı kütləsi qazanıb.

SalamNews xəbər verir ki, bu sırada yer alan və sayılıb-seçilən proqramlardan biri də “İftara doğru” verilişidir. Adından bəlli olduğu kimi, veriliş hər il müqəddəs Ramazan ayında tamaşaçılara təqdim edilir. Televiziya bu il də ənənənəyə sadiq qalaraq Allahın rəhmət və bərəkət dolu Ramazan ayında “İftara doğru” verilişini tamaşaçılarının ixtiyarına verəcək.

Bu ildən etibarən televiziya daha bir yeniliyə imza atıb. Belə ki, bu il Ramazan ayı boyunca hər səhər “İmsaka doğru” verilişi də efirdə yayımlanacaq.

Qeyd edək ki, “İmsaka doğru” verilişi bu ildən start götürsə də, "İftara doğru" verlişi artıq üç ildir Azərbaycan dilində yayımlanır. Bu proqramın yayımlanmasında məqsəd ölkə, region və dünya azərbaycanlarını maraqlandıran dini, ictimai, elmi və səhiyyə sahələri ilə bağlı mövzulara müqəddəs Ramazan ayı ərəfəsində aydınlıq gətirməkdir.