AZƏRBAYCAN » CƏMİYYƏT
23 May 2017, 10:03 (GMT +4)

BMT ilə Gənclər və İdman Nazirliyi arasında niyyət məktubu imzalanıb

Bakı, 23 may, SalamNews. BMT Könüllülük Proqramı ilə Gənclər və İdman Nazirliyi arasında niyyət məktubunun imzalanma mərasimi keçirilib.

SalamNews xəbər verir ki, niyyət məktubu “Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı” adlanır.

İmzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, BMT Könüllülük Proqramının icraçı koordinatorunun müavini Toili Kurbanov və qurumun Avropa ölkələri üzrə koordinatoru Kristina Plesoianudan ibarət nümayəndə heyəti iştirak edib.