MDB ÖLKƏLƏRİ » HADİSƏLƏR
29 Aprel 2017, 11:13 (GMT +4)

Qırğızıstanda torpaq sürüşməsində 24 nəfər həlak olub (VİDEO)

Bakı, 29 aprel, SalamNews, C.Nəzərov. Qırğızıstanın cənubundakı Oş vilayətində güclü torpaq sürüşməsi baş verib

SalamNews-un verdiyi xəbərə görə, bu barədə “İnterfaks”-a Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. İlkin məlumata əsasən, təbii fəlakətdə 7 yaşayış evi torpağın altında qalıb, 24 nəfər ölüb. Ölənlər hadisə anında evdə olublar.

Məlumata görə, sürüşmə yerli vaxtla saat 7.00-da Özkənd rayonunun Zərgər kəndi ərazisində baş verib. Sürüşmə sahəsi 1 milyon kub metr həcmində təxmin edilir.

Hazırda hadisə yerində torpağın təmizlənməsi üzrə işlər aparılır.