AZƏRBAYCAN » MEDİA
11 Mart 2017, 18:30 (GMT +4)

Qədim Qala nəşriyyatı ilə İnterAz televiziyası əməkdaşlığa başlayıb (VİDEO)

Bakı, 11 mart, SalamNews. "Qədim Qala" nəşriyyat evi ilə "İnterAz" televiziyası əməkdaşlığa başlayıb.

SalamNews İnterAz-a istinadən xəbər verir ki, artıq kitabsevərlər "İnterAz" televiziyası vasitəsilə "Qədim Qala" nəşriyyat evində çap olunan kitablar haqda məlumat alacaqlar. Bundan əlavə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçiriləcək.

Əməkdaşlıq çərçivəsində kitabların çap olunması, yeni nəşr olunmuş kitablar haqda oxuculara məlumat çatdırılması və tamaşaçıların maariflənməsi istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur.