DÜNYA » SİYASƏT
04 Mart 2017, 10:58 (GMT +4)

ABŞ-ın Yəməndəki hava zərbələrində “əl-Qaidə” liderlərindən biri məhv edilib

Bakı, 4 mart, SalamNews, C.Nəzərov. “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən biri ABŞ-ın Yəməndə endirdiyi aviazərbələr nəticəsində məhv edilib.

SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə onun ögey qardaşı bildirib.

O bildirib ki, Əbyan əyalətində pilotsuz, yaxud qırıcı təyyarə tərəfindən endirilən aviazərbə ilə terror təşkilatının “Ərəbistan yarımadasında əl-Qaidə” qolunun başçılarından biri Üsamə Heydər zərərsizləşdirilib.

O, hücum anında bir neçə tərəfdarı ilə birlikdə avtomobildə olub.

Heydərin inqilabçı husilərə, eləcə də Səudiyyə Ərəbistanı və BƏƏ qoşunlarına qarşı döyüşlərdə iştirak etdiyi qeyd edilir.