DÜNYA » SİYASƏT
06 Yanvar 2017, 10:20 (GMT +4)

Çad Liviya ilə sərhəd bölgələri hərbi əməliyyat zonası elan edib

Bakı, 6 yanvar, SalamNews, C.Nəzərov. Çad hökuməti Liviya ilə sərhəd rayonları bu ölkənin Sirt şəhərində dağıdılmış terrorçu təşkilatın üzvlərinin ölkəyə axını təhlükəsi səbəbilə hərbi əməliyyat zonası elan edib.

“Bəzi təcrid olunmuş qruplaşmalar Liviyanın cənubunda toplaşıblar, yəni bizim şimal sərhədimizdə. Potensial olaraq onlar ölkəmizə daxil ola biləcəkləri üçün ciddi təhlükə kəsb edirlər”, - deyə Çadın Baş naziri Albert Pahimi Padake bildirib.

SalamNews-un verdiyi xəbərə görə, hökumət başçısı əlavə edib ki, sərhəd rayonlar hərbi əməliyyat zonası elan edilib və oraya hərbi qüvvələr yeridiləcək.