AZƏRBAYCAN » İQTİSADİYYAT
17 Noyabr 2016, 13:08 (GMT +4)

Bu il Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb

Bakı, 17 noyabr, SalamNews. Bu ilin yanvar-sentyabr aylarında ölkədə 15,9 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub. Bunun 87,8 faizi hasilatın, 12,2 faizi isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, təbii qaz ehtiyatlarının 42,9 faizi ölkə daxilində istehlak edilib, 36,2 faizi ixrac olunub, 3,3 faizini itkilər təşkil edib, 17,6 faizi isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.