DÜNYA » MEDİA
04 Oktyabr 2016, 15:43 (GMT +4)

Türkiyədə daha bir televiziya kanalının fəaliyyəti dayandırılıb

Bakı, 4 oktyabr, SalamNews, N.Ələkbər. Türkiyədə kürdyönümlü IMC televiziya kanalının fəaliyyəti dayandırılıb.

SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, polis televiziya kanallarının İstanbulda yerləşən mərkəzi binalarında əməliyyat keçirib. Əməliyyat zamanı polis IMC TV-də canlı yayım vaxtı studiyaya basqın edib. Kanal işçiləri maskalı polislərə etiraz ediblər. Kanal əməkdaşları “Azad mətbuat susdurula bilməz!", "Susma, hayqır, azad mətbuat haqdır!" şüarlarını səsləndiriblər.