DÜNYA » MEDİA
23 Sentyabr 2016, 10:30 (GMT +4)

Türkiyədə tanınmış jurnalist Ahmet Altan saxlanılıb

Bakı, 23 sentyabr, SalamNews, N.Ələkbər. Türkiyədə Fətullahçı terror təşkilatı ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəmənin qərarı ilə şərti azadlığa buraxılmış tanınmış jurnalist Ahmet Altan prokurorluğun etirazı ilə yenidən saxlanılıb.

Bu barədə SalamNews “Anadolu” agentliyinə istinadən xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün A.Altanın qardaşı professor Mehmet Altan da həbs edilib.

Altan qardaşları iyulun 14-də birlikdə iştirak etdikləri televiziya verilişindəki çıxışlarına görə saxlanılmışdılar.