AZƏRBAYCAN » MEDİA
21 Sentyabr 2016, 12:27 (GMT +4)

"İnterAz" telekanalı “Telegram”da özünün rəsmi kanalını açıb

Bakı, 21 sentyabr, SalamNews. "İnterAz" telekanalı “Telegram”da özünün rəsmi kanalını açıb.

SalamNews xəbər verir ki, bu kanalda televiziyanın yalnız ən maraqlı və vacib xəbərləri, efirə gedəcək verilişlərin yayımından 10 dəqiqə əvvəl anonsu nümayiş etdiriləcək.   

Kanalı İOS, "Android" və "Windows Phone" telefonlarından, eyni zamanda "Windows", yaxud "Mac OS" əməliyyat sistemi olan kompüterlərdən bu linkdən istifadə etməklə izləmək olar: http://telegram.me/interaztv

“Telegram” tətbiqində kanalı @interaztv ilə tapmaq olar.