AZƏRBAYCAN » İQTİSADİYYAT
08 Sentyabr 2016, 15:30 (GMT +4)

Əmanətlərin Sığortalanması Fondu iki bankın əmanətçilərinə müraciət edib

Bakı, 8 sentyabr, SalamNews. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Texnikabank" ASC və "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

Fonddan SalamNews-a verilən məlumata görə, 8 sentyabr 2016-cı il tarixdən etibarən qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün Əmanətlərin Sığortalanması Fondunun Babək prospekti 16 ünvanında yerləşən ofisinə müraciət etsinlər.