AZƏRBAYCAN » İQTİSADİYYAT
02 Sentyabr 2016, 15:27 (GMT +4)

9 bankın əmanətçilərinə 232 mln. manat kompensasiya ödənilib - ADİF

Bakı, 2 sentyabr, SalamNews. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan SalamNews-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 232,345 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 21,211 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 37,168 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 15,931 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,659 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 9,371 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,419 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,061 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 896 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,63 mln. manat kompensasiya alıblar.