AZƏRBAYCAN » İQTİSADİYYAT
22 İyul 2016, 14:58 (GMT +4)

Əmanətlərin Sığortalanması Fondu: "Dörd banka verilmiş şəhadətnamələr ləğv edilib"

Bakı, 22 iyul, SalamNews. "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankların reyestrindən çıxarılıb.

ƏSF-dən SalamNews-a verilən məlumata görə, adıçəkilən banklara verilmiş şəhadətnamələr ləğv edilib.