AZƏRBAYCAN » CƏMİYYƏT
24 İyun 2016, 10:45 (GMT +4)

“Azərbaycan Hava Yolları” rəsmi “spottinq” elan edir

Bakı, 24 iyun, SalamNews, Ş.Nəzərli. “Azərbaycan Hava Yolları” Azərbaycan mülki aviasiyası tarixində ilk dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi “spottinq” tədbiri  elan edir.

AFB-dən SalamNews-a bildirilib ki, rəsmi “spottinq” fotoqraflara təyyarələrin uçuşu və enişi, yerüstü aerodrom xidmətlərinin işi, hava gəmilərinin yedəklənməsini və s. fotoyaddaşa almaq üçün unikal imkan yaradacaq. 

Tədbir Baş Aviasiya Təhlükəsizliyi İdarəsinin (ATİ) əməkdaşlarının müşayiəti ilə iyulun 1-2-də keçiriləcək.

İştirak üçün ərizələr iyunun 23-dən 29-dək pr@azal.az e-mail ünvanına qəbul edilir.  

Məktubun mövzu hissəsində “Spottinq üçün ərizə”, mətndə isə adı, soyadı və atasının adı, əlaqə telefonu və hava limanının ərazisinə keçirilməsi planlaşdırılan foto avadanlıqlarının siyahısını qeyd etmək lazımdır.

Spottinq iyulun 1-də peşəkar fotoqraflar və bu kimi tədbirlərdə əvvəllər iştirak etmiş şəxslər üçün, iyulun 2-də isə , foto və aviasiya həvəskarları üçün  reallaşacaq. 

Tədbirdə də iştirakın təsdiqi kimi “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşları tərəfindən göndərilən cavab məktubu olacaq. 

Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları”nın rəsmi “Facebook” səhifəsinə müraciət etmək olar:

www.facebook.com/azalqsc