AZƏRBAYCAN » CƏMİYYƏT
07 Dekabr 2015, 15:08 (GMT +4)

Bakıda “Hamımızın bir ideologiyası var" mövzusunda konfrans keçirilib (FOTOLENT)

Bakı, 7 dekabr, SalamNews. Binəqədi rayonunda “Hamımızın bir ideologiyası var – Azərbaycanın müstəqilliyi və əbədiliyi” mövzusunda konfrans keçirilib.

SalamNews xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.