![]() |
RUSİYA » CƏMİYYƏT |
![]() Dərbənddə etiraz edən yük avtomobillərinin sürücüləri arasında azərbaycanlılar da var (VİDEO) Bakı, 20 noyabr, SalamNews, A.Belyayeva, C.Nəzərov. Rusiyada 12 tondan artıq çəkiyə malik yük avtomobillərinin sürücülərindən keçidə görə rüsum ödənilməsi tələbinə etiraz aksiyası davam etməkdədir. SalamNews xəbər verir ki, hazırda etirazın keçirildiyi yerdə - Dağıstanda yol boyu 150-dən artıq ağır yüklü avtomobil düzülüb. Ümumi razılığa əsasən, etiraza yaxınlıqdan keçən bütün yük avtomobillərinin sürücüləri qoşulmalı imiş. Yük avtomobilləri federal yolu bağlayıb. Aksiya iştirakçıları buraya “heç kəsin daxil olmayacağı və oradan çıxmayacağını” bəyan edirlər. Qed edək ki, etirazçıların avtomobillərində olan və əsasən kənd təsərrüfatı məhsullarından ibarət yük yararsız vəziyyətə düşür. |