DÜNYA » SİYASƏT
10 Noyabr 2015, 15:00 (GMT +4)

ABŞ HHQ naziri İŞİD-ə qarşı yerüstü əməliyyat keçirilməsinə tərəfdar çıxıb

Bakı, 10 noyabr, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. ABŞ hərbi-hava qüvvələri naziri Debora Li Ceyms İŞİD terror təşkilatına qarşı yerüstü əməliyyatın keçirilməsinin zəruri olduğunu bildirib.

Bu barədə SalamNews “İnterfaks”a istinadla xəbər verir.

ABŞ nazirinin sözlərinə əsasən, "hava qüvvələri hədsiz dərəcədə mühümdür, lakin o, hər şeyin öhdəsindən gələ bilmir": “HHQ ərazi ələ keçirə və ən əsası, onu idarə edə bilmir. Məhz bu səbəbdən bizə yerüstü əməliyyatın keçirilməsi lazımdır."

Bildirək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya artıq bir ildən artıqdır, İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirir. Bu əməliyyat zamanı hər şey hava zərbələri ilə məhdudlaşır və bu taktika müvəffəqiyyət qazanmır.