MDB ÖLKƏLƏRİ » MEDİA
11 Sentyabr 2015, 16:56 (GMT +4)

İlham Əliyev: “Ümumi türkdilli kanal türk xalqlarına öz informasiya siyasətlərini yürütməyə imkan verəcək"

Bakı, 11 sentyabr, SalamNews. Prezident İlham Əliyev Qazaxıstanda türkdilli ölkələrin dövlət başçılarının V sammitinin keçirildiyi "Akord" sarayında türk dövlətləri telekanalının yaradılmasına dair fikir ifadə edib: “Türkdilli ölkələr üçün ümumi telekanal artıq reallaşdırılan yaxşı bir layihədir. Bu, türk xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edəcək və onların öz informasiya siyasətlərini yürütmələrinə imkan verəcək.”

SalamNews-un "informburo.kz"yə istinadla verdiyi xəbərə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də türkdilli ölkələrin televiziya kanalının açılmasını zəruri hal kimi qiymətləndirib: “Maliyyələşdirməyə gəldikdə isə, həm Qazaxıstanda, həm Azərbaycanda, həm də Qırğızıstanda fond yaratmaq və türk dünyasının inkişafı üçün sponsorlar tapmaq barədə düşünmək lazımdır.”

Qazaxıstan rəhbəri, həmçinin qeyd edib ki, türkdilli ölkələr ümumi informasiya meydançasına malik olmalıdırlar: “Türk dünyası üçün ümumi informasiya meydançası yaratmalıyıq. Bu səbəbdən türk telekanalının yaradılması çox mühümdür.”

N.Nazarbayev türk tarixi mərkəzinin yaradılmasının da zəruri olduğunu qeyd edib.