MDB ÖLKƏLƏRİ » İQTİSADİYYAT
17 İyul 2015, 14:35 (GMT +4)

Ukrayna 70% Aİ ölkələrinin qazı ilə təmin olunur - Arseniy Yatsenyuk

Bakı, 17 iyul, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Ukrayna 70% Avropa İttifaqına (Aİ) üzv ölkələrdən çatdırılan qazla təmin olunur. Qarşıda 10 ildən sonra tam enerji müstəqilliyinə malik dövlət olmaq tapşırığı durur.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bunu Ukrayna Ali Radasında ölkənin baş naziri Arseniy Yatsenyuk bildirib: "Hökumətin qarşısına qoyduğu hədəf 10 ildən sonra Ukraynanın tam enerji müstəqilliyinə malik dövlət olmasıdır. Biz Rusiya asılılığından azad olmalıyıq.”

Ukraynanın hökumət başçısı vurğulayıb ki, bu prosesi sürətləndirmək üçün qaz hasilatı həcmini artırmaq lazımdır: “Hökumət sizə baxılması üçün enerji sektorunda hasilat drəcələri və tariflərinə dəyişikliklərə dair paket təklif edir.

Bu təşəbbüslər birgə fəaliyyət barədə anlaşmalara şamil edilməyəcək. Bu fəaliyyətə 70% vergi qoyulmalıdır.”