AZƏRBAYCAN » CƏMİYYƏT
24 İyun 2015, 14:46 (GMT +4)

Azərbaycan Hava Yolları xüsusi "yay aksiyası" keçirir

Bakı, 24 iyun, SalamNews, R.Ziya. “Azərbaycan Hava Yolları” uçuşlarında xüsusi yay aksiyası keçirməyi planlaşdırır.

AZAL-dan SalamNews-a verilən məlumata görə, aksiyanın müqəddəs Ramazan ayı ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Uçuş tarixləri əsasən iyulun 2-nə və sentyabrın 2-nə təyin edilib. Satış tarixləri isə iyulun 1-də və avqustun 31-də həyata keçiriləcək.

Dubay istiqamətində uçuş iyunun 25-də, satış isə iyulun 31-də olacaq.

Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir və bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Yerlər məhdud olar bilər, maksimal qalma müddəti bir aydır, qiymətlərə isə yığımlar və rüsumlar daxildir.