AZƏRBAYCAN » MƏDƏNİYYƏT
30 Aprel 2015, 18:03 (GMT +4)

ADGTT-nın direktoru və baş redaktoru “Səməd Vurğun mükafatı”na layiq görülüblər

Bakı, 30 aprel, SalamNews, Ş.Nəzərli. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) direktoru və baş redaktoru “Səməd Vurğun mükafatı”na layiq görülüblər.

SalamNews xəbər verir ki, mərasimdə ədəbiyyat və mədəniyyət xadimləri, incəsənət ustaları, vurğunsevərlər iştirak ediblər.

Səməd Vurğununun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev muzeyində keçirilən tədbirlərə dəstəyinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, şairin irsinin təbliği sahəsindəki əvəzsiz xidmətlərinə görə teatrın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova sözügedən mükafata layiq görülüblər.

Bildirək ki, Səməd Vurğun mükafatının təsis edilməsinin əsas məqsədi ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.