AZƏRBAYCAN » SİYASƏT
07 Aprel 2015, 17:32 (GMT +4)

"TurAz Şahini-2015" təlimlərində iştirak etmiş Azərbaycan HHQ-nin təyyarələri ölkəyə qayıdıb (FOTO)

Bakı, 7 aprel, SalamNews. İllik hərbi əməkdaşlıq planına əsasən, Türkiyədə keçirilmiş "TurAz Şahini-2015" birgə təlimlərində iştirak edən Azərbaycan Hərbi-Hava Qüvvələrinin təyyarələri ölkəyə qayıdıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, təlimlərdə iştirak edən şəxsi heyət müxtəlif növ döyüş tapşırıqları, şərti yaxın hava döyüşləri, birgə hava uçuşları, qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməyi əməliyyatı, şərti düşmənin yer hədəflərinə bomba və top zərbələrinin endirilməyi və praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.