AZƏRBAYCAN » DİN
04 Dekabr 2014, 09:01 (GMT +4)

GMİ yeni loqosunu təqdim edib

Bakı, 4 dekabr, SalamNews, K.Orxan. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni loqosu təsdiqlənib.

GMİ-dən SalamNews-a verilən məlumata görə, idarənin məqsəd və məramını ifa edən daha aşkarmənalı loqotipi İdarənin şeyx və müftiləri şura üzvlərinin rəy və təkliflərini nəzərə alaraq bu günkü görüşüdə təsdiqləyiblər.

Yaşıl rəngli yeni loqotipdə ölkənin xəritəsi ilə birgə bilik, sülh, dostluq və birlik əks olunur. Eyni zamanda loqoda İdarənin adı gürcü, ərəb və ingilis dilində qeyd olunub.