MDB ÖLKƏLƏRİ » İQTİSADİYYAT
11 Noyabr 2014, 17:31 (GMT +4)

Sabah MDB İŞ-nin İqtisadi məsələlər üzrə komissiyasının növbəti iclası keçiriləcək

Bakı, 11 noyabr, SalamNews, A.Bayramova. Sabah MDB İqtisadi Şurasının İqtisadi məsələlər üzrə komissiyasının birliyə üzv dövlət nümayəndələrinin iştirakı ilə növbəti iclası keçiriləcək.

SalamNews xəbər verir ki, Azərbaycanın da iştirak edəcəyi iclasın gündəliyində əsas MDB ölkələri üçün prioritet hesab edilən sahələrdə əməkdaşlıq, avtomobil sənayesinin inkişafı və istehsalı, 2014-cü il üçün MDB ölkələrinin büdcə qiymətləndirilməsi ilə bağlı məsələlər barədə müzakirələr aparılacaq.