Silah satışından milyonçu olan Nobelin sülh mükafatı laureat və namizədləri
27 Oktyabr 2016, 11:00 (GMT +4)
 Böyütmək üçün klik edin
Nobel Alfred Bemhard – isveçli mühəndis-kimyaçı. Varidatının böyük bir hissəsini silah satışından əldə edib. Dinamiti kəşf edib, barıtın tərkibini tapıb. 1888-ci ildə qardaşı Lüdviq vəfat edərkən Fransa qəzetlərindən biri Alfredin öldüyünü zənn edərək, onun haqqında “ölüm taciri” adlı nekroloq yayıb. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel Alfred Bemhard məşhur “Nobel” mükafatlarının təsis olunmasını vəsiyyət edib.
|