20 yanvar - Milli hüzn günü
19 Yanvar 2016, 17:30 (GMT +4)
 Böyütmək üçün klik edin
1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı ağır cinayət törədilib. Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı yürüdülən ədalətsiz və qərəzli siyasətə, yerli hakimiyyətin yarıtmaz fəaliyyətinə etiraz etmək üçün küçələrə toplaşan vətəndaşları qırmaq məqsədilə, qanunsuz olaraq Bakıya və respublikanın bir sıra rayonlarına sovet hərbi hissələri yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində 137 nəfər öldürülüb, 744 nəfər yaralanıb və 841 günahsız azərbaycan vətəndaşı həbs olunub. Azərbaycan xalqına qarşı kütləvi terror hərəkəti həyata keçirilib.
|