Yəmənə hücum əməliyyatlarında iştirak edən dövlətlər və qüvvələr
04 Aprel 2015, 11:11 (GMT +4)
 Böyütmək üçün klik edin
Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələri, o cümlədən Misir, İordaniya və Sudanın iştirak etdiyi beynəlxalq koalisiya Yəmənin xeyli hissəsi, eləcə də paytaxt Sanaya nəzarət edən “Ənsarullah” hərəkatının tərəfdarlarına qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın məqsədi husilər və sabiq prezident Əli Abdullah Salehin onlara qoşulmuş tərəfdarlarını hakimiyyəti ölkə idarəçiliyindən uzaqlaşdırdıqları prezident Abdu Rabbih Mansur Hadi və onun hökumətinə qaytarmağa vadar etməkdir.BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amosun bəyanatında son iki həftə ərzində Yəmənə edilən hücum nəticəsində 500-dən çox dinc sakinin öldüyü bildirilir. Ölkənin müxtəlif hissələrində fəaliyyət göstərən humanitar agentliklərin hesabatlarında ölkə ərazisində son iki həftə ərzində 519 nəfərin öldüyü və təxminən 1700 nəfərin yaralandığı, yaralılardan 90-nının uşaq olduğu deyilir.
|