Siqaret çəkməyi tərgitsəydiniz
05 İyun 2014, 15:39 (GMT +4)
 Böyütmək üçün klik edin
Siqaret çəkənlərin qanında C vitamini iki dəfə azdır.
Siqaret çəkənlərdə qanın toxumaları oksigenlə təchizetmə qabiliyyəti 5-10% azalır.
Patoloqoanatomların məlumatına əsasən, siqaret çəkənlərin ağciyərləri 40 yaşında siqaret çəkməyən 75-80 yaşlı insanın ağciyərinə bənzəyir.
Təcrübələr göstərib ki, bir qutu siqaret çəkdikdən sonra səkkiz saatlıq işin icrası üçün iki saat artıq vaxt tələb olunur.
Uzunmüddətli siqaret istifadəsi zamanı görmə qabiliyyəti pisləşir, qoxu bilmə, (qoxuları zəif seçirlər) dadbilmə (şirinliyi hiss etmirlər) hissiyatı pozulur.
Siqaret çəkən qadınlarda iki və ya üç dəfə çox xəstə uşaqlar dünyaya gəlir.
Gündə 10-dan artıq siqaret çəkən qadınların 40%-nin uşaqları kiçik yaşlarda qıcolma və epilepsiyaya meylli olurlar.
Hormonal kontraseptivlərin siqaretlə üst-üstə düşməsi qadınlarda ürək xəstəliklərini 20 dəfə, insult riskini isə yeddi dəfə artırır.
Siqaret çəkənlər orta hesabla 5-6 il az ömür sürürlər (daha çox siqaret çəkənlər isə 10 il).
40-49 yaşlı siqaret çəkənlərdə ölüm halına (əsasən infarkt və ağciyər xərçəngindən) üç dəfə çox rast gəlinir.
|