Hərbi xərcləri çox olan ölkələrin ilk onluğu
05 Aprel 2014, 16:30 (GMT +4)
 Böyütmək üçün klik edin
Bir sıra ölkələr üzrə məlumat təqdim olunmadığından hərbi ehtiyaclara görə ümumi dünya xərclərinin həcmi göstəriləndən daha çoxdur. Cədvəldə göstərilən rəqəmlərin müqayisəsini ehtiyatla aparmaq lazımdır. Belə ki, Fransa müdafiə xərclərinə polis, təqaüd xərclərini, Böyük Britaniya daxili polis xərclərini daxil edib. Məsələn, ABŞ-ın hərbi büdcəsinin həcmi dəqiq məlum deyil, çünki ölkədə hərbi istehsallar, adətən, “elmi araşdırmalar” adı altında gizlədilir - NASA-da edildiyi kimi. Burada ümumi məbləğ 700 milyard dolları ötüb. Bundan başqa, ABŞ müdafiə büdcəsini iki yolla toplayır: xarici hərbi şirkətin xərclərini nəzərə alaraq və onları nəzərə almadan.
|