Rusiya Hərbi-Dəniz Qüvvələrinin Krımdakı Qara dəniz donanması
12 Mart 2014, 11:50 (GMT +4)
 Böyütmək üçün klik edin
Qara dəniz donanması 1783-cü ildə - Krım Rusiya imperiyasına qoşulduqdan sonra yaranıb. Onun ilk baza məntəqəsi Krım yarımadasının cənub-qərb sahilində yerləşən Axtiar buxtası olub. Burada Sevastopol şəhəri salınıb. Donanma sürətlə inkişaf edir və böyüyürdü. Artıq 1787-ci ildə onun tərkibinə 2 döyüş gəmisi, 12 freqat, 3 bombardman gəmisi və 28 ədəd digər tipli hərbi gəmi daxil idi. Donanmaya Qara dəniz admirallığı komandanlıq edirdi.
|