İnternet hər zaman oyaqdır
13 Fevral 2014, 12:35 (GMT +4)
 Böyütmək üçün klik edin
Bu gün internet müasir insanın həyatında prioritet yerlərdən birini tutur. İnsanların əksəriyyəti həyatını onsuz təsəvvür etmir. Biz internet vasitəsilə məlumat axtarır, vacib məsələləri müzakirə edir, kitablar oxuyur, filmlərə baxır, mahnı yükləyirik və s.
Demək olar, hər bir böyük və bir çox kiçik şirkətlərin internet saytları var.
Bu gün həyatını sosial şəbəkəsiz təsəvvür edən insanların sayı azdır. Sivilizasiya dünyasında yaşayan hər bir insan saatlarla sosial şəbəkələrdə “gəzinir”, bunu etməyənlər isə ən azı bu şəbəkələr barədə eşidiblər. Sosial şəbəkələrdə (bir sıra sosial şəbəkələrdə aparılan sorğuların yekunlarına əsasən) qeydiyyatdan keçən istifadəçilərin 75%-dən çoxunun yaşı 24-dən artıqdır. Sosial şəbəkə istifadəçilərinin ümumi sayının təxminən 15%-i isə yaşlı nəslin (45 yaş) nümayəndələridir.
İnternetdə hər dəqiqə müxtəlif hadisələr barədə məlumatlar yayılır. Ümumdünya şəbəkəsinin ən məşhur internet resurslarında bu hadisələrə detallı şəkildə baxmaq imkanı təqdim edilir.
|