Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
30 Yanvar 2014, 11:05 (GMT +4)
 Böyütmək üçün klik edin
Bakı Gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilib. 1831-ci ildən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilib, bir ildən sonra “Bakı anbar gömrükxanası” adı ilə fəaliyyət göstərib. Amma idarənin adı və statusu və strukturu bir neçə dəfə dəyişlərək “Bakı Karantin-Gömrük Kontoru”, “Bakı Gömrükxanası”, “Azərbaycan Respublikası Gömrükxanası” kimi adlandırılıb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin yanvar ayında Prezident fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradılıb.
|