Mİ-35M – nəqliyyat-döyüş vertolyotu
28 Yanvar 2014, 15:28 (GMT +4)
 Böyütmək üçün klik edin
Mi-35 Mi-24 vertolyotunun yenilənmiş variantıdır. Vertolyot zirehli avtomobil və tank texnikasının məhvi, quru qoşunları bölmələri və desanta atəş yardımı, yaralıların köçürülməsi, eləcə də kabina və xarici asmalarda yükün daşınması üçün nəzərdə tutulub. Mi-35M-in şassisi, Mi-24-dən fərqli olaraq, bağlanmır. Bu da eniş zamanı enerji sərfiyyatına səbəb olur. QOES-324 hidrosabitləşdirici optik-elektron stansiyalı OPS-24H və lazerli məsafəölçəndir. Qısaldılmış qanadları var (4 asma nöqtəsi), hündürlük mühərrikləri “Motor Siç” istehsalı olan “Klimov” BK-2500-02-dir. Bu vertolyotlar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin istifadəsindədir.
|