Dünyanın 10 ən firavan ölkəsi
02 Noyabr 2013, 15:00 (GMT +4)
 Böyütmək üçün klik edin
Britaniyalı ekspertlər 2009-cu ildən etibarən hər il ölkələr üzrə “xoşbəxtlik haqqında hesabat” hazırlayırlar. Onlar qiymətləndirmələr üçün iqtisadi göstəricilərə- ümumi daxili məhsul, əhalinin gəlirləri - əsaslanır, eyni zamanda müəyyən qədər dəqiq olmayan meyyarları nəzərə alırlar (məsələn, həyatdan razılıq). Ümumilikdə 89 meyyar 8 qrupa bölünür: iqtisadiyyat, biznes və imkanlar, idarəetmə, təhsil, səhiyyə, təhlükəsizlik, fərdi azadlıqlar, sosial kapital. Təhlilçilər 12 müxtəlif məlumat mənbəsini, o cümlədən Gallup sorğularını istifadə edərək 142 ölkənin hər birinə 0-dan 100-dək hər meyyar üzrə qiymət verirlər və nəticədə ümumi reytinq tərtib edirlər.
|