Azərbaycanda demoqrafik vəziyyət - 2013
16 Avqust 2013, 16:48 (GMT +4)
 Böyütmək üçün klik edin
Bu ilin ötən dövrü ərzində Azərbaycan əhalisinin sayı 55,3 min nəfər və ya 0,6 faiz artıb. Müvafiq artım sayəsində ölkə əhalisinin sayı 2013-cü il iyul ayının 1-nə olan göstəriciyə görə, 9 411,8 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarət olan əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır. Cari ilin 6 ayı ərzində ölkədə 83,1 min körpə doğulub. Əhalinin hər 1000 nəfəri üçün doğum səviyyəsi 18,1 olub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Körpələrdən 876-sı əkiz, 15-i isə üçəm doğulub.
|