Heydər Əliyev - 90
10 May 2013, 10:37 (GMT +4)
 Böyütmək üçün klik edin
Əliyev Heydər Əlirza oğlu - SSRİ-nin və Azərbaycanın görkəmli dövlət və partiya xadimi 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1979, 1983) adına layiq görülüb. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini (1966-1969), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) işləyib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü (1982) olub, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə, Dövlət Təhlükəsizliyi Komitəsində general-mayor rütbəsinə çatıb. 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Azərbaycan Ali Sovetinə deputat seçilib. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri (1991 – 1993), Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 1993-cü il iyunun 15-dən 1993-cü il oktyabrın 3-dək Azərbaycan Ali Sovetinin sədri vəzifəsində çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. 2003-cü il dekabrın 12-də vəfat edib.
|