Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür
08 May 2013, 10:54 (GMT +4)
 Böyütmək üçün klik edin
Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından bu gün 21 il ötür.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb.
|