Dünyanin neft istehsal edən 10 lider ölkəsi
02 Fevral 2013, 12:41 (GMT +4)
 Böyütmək üçün klik edin
Dünyada son bir əsrdə neft və neft-kimya məhsullarına böyük ehtiyac duyulur. Beynəlxalq bazarda "qara qızıl"ın qiymətinin hər gün artması hansı ölkələrə daha çox mənfəət gətirir?
1. Səudiyyə Ərəbistanı: İqtisadiyyatı neft üzərində qurulub. 1930-cu ildə ölkədə neft yataqları kəşf olunub və dünya tələbatının 18%-ni təmin edir.
2. Rusiya: Həm neft, həm təbii qaz, həm də kömür ehtiyatlarında dünya ikincisidir. Soyuq iqlim şəraiti olmasına baxmayaraq, isinmək üçün çoxsayda təbii ehtiyyata malikdir.
3. ABŞ: Dünya istehsalının 10-%-dən çox neft ehtiyacını tək başına ödəyir.
4. Çin: Dünyanın ən böyük neft qaynağı burada olsa da, əhalisinin çoxluğundan yalnız ehtiyaclarını qarşılayır.
5. İran: Dünyanın ən vacib neft və təbii qaz ehtiyatlarına malikdir.
6. Kanada: Gündə 3700 min barel neft çıxaran ölkə dünya neft istehsalının 4%-ni ödəyir.
7. Meksika: Çox böyük neft istehsalçısı olsa da, OPEC-in və buna bənzər beynəlxalq neft platformasının üzvü deyil.
8. Birləşmiş Ərəb Əmirlikləri: Əhalisi az olduğundan ehtiyaclarını artıqlaması ilə ödəyir və ixracata üstünlük verir.
9. Braziliya: Təbiət qətliamı törədilsə də Braziliya həm neft ehtiyacını qarşılayır, həm də başqa ölkələrə ixracat edir.
10. Nigeriya: 1950-ci illərdə İngiltərə tərəfindən tapılan neft Nigeriyanın gəlirinin böyük hissəsini təşkil edir. Gündə 1,02 milyon barel neft ABŞ-a ixrac olunur.
|