6 Noyabr - Azərbaycanda Televiziya və Radio günü
06 Noyabr 2012, 11:00 (GMT +4)
 Böyütmək üçün klik edin
Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı ilin 14 fevralında efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına «Göstərir Bakı» kəlməsilə başlayıb. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi göstərilib.
|