Türkiyə və Suriya silahlı qüvvələrinin müqayisəsi
11 Oktyabr 2012, 12:09 (GMT +4)
 Böyütmək üçün klik edin
Artiq bir həftədir ki, Türkiyə ordusu Suriya tərəfindən açılan atəşə atəşlə cavab verir. Suriya hökumət qüvvələri ilə qiyamçılar arasında döyüşlər sərhədyanı ərazilərdə davam etdiyindən, bəzən mərmilər Türkiyə ərazisinə düşür. Rəsmi Ankara Türkiyə ərazisində atılan mərmilərin Suriya hökumət qüvvələri tərəfindən buraxıldığına əmindir. Hazırda, sərhəd buraxılış məntəqələrinə nəzarət uğrunda qiyamçılarla hökumətə sadiq qüvvələr arasında arasıkəsilməz döyüşlər gedir. Ötən həftə, analoji zərbələr nəticəsində 5 nəfərin həlak olduğu Ağcaqala qəsəbəsində məktəblər 3 həftəlik müddətə bağlanıb. Son zamanlarda Türkiyə ilə Suriya arasında müharibənin başlanma ehtimalından tez-tez danışılır. Ortaya çıxan ilk sual isə hər iki ölkənin silahlı qüvvələrinin müqayisəsi ilə bağlıdır. Türkiyə və Suriya Silahlı Qüvvələrinin müqayisəsini infoqrafika şəklində diqqətinizə çatdırırıq.
|