London 2012-də medal qazananlara ayrılan pul mükafatları
15 Avqust 2012, 17:03 (GMT +4)
 Böyütmək üçün klik edin
Londonda keçirilən XXX Yay Olimpiya Oyunları başa çatıb. Yarışın 16 günü ərzində 302 dəst medal sahibini tapıb. Müxtəlif əyarlı 962 medal 85 ölkə təmsilçilərinə nəsib olub. Onlardan yalnız 54-ü çempionluq sevinci yaşayıb. Medal sayında 100-dən çox medal qazanan ABŞ yarışın birincisi olub. Çin yığması 2-ci, meydan sahibləri Böyük Britaniya isə 3-cü yeri tutub. Amma maraqlı cəhət odur ki, ilk üçlükdə yer alan ABŞ və Çin medal əyarları baxımından idmançılara o qədər də çox pul mükafatı ayırmayıblar. Böyük Britaniya isə bu mükafatlardan tamamilə yan keçib. Medal qazanmış idmançılara ayrılan ümumi mükafatın həcminə görə ilk 10 ölkəni təqdim edirik.
|