Müxtəlif bal gücündə baş verən zəlzələlərin nəticələri
13 Avqust 2012, 15:53 (GMT +4)
 Böyütmək üçün klik edin
Zəlzələ - tektonik və ya süni prosseslər səbəbindən yeraltı təkanlar və Yerin üst qatının silkələnməsidir. Kiçik təkanlar, həmçinin vulkan püskürməsi zamanı lavanın qalxması nəticəsində də yarana bilər. Hər il Yer üzündə milyona yaxın zəlzələ baş verir, ancaq onların çoxu hiss olunmur. Geniş dağıntılara səbəb ola bilən həqiqətən güclü zəlzələlər planetdə təqribən həftədə iki dəfə baş verir. Onların böyük hissəsi okeanların dibində olur və buna görə də fəlakətlə nəticələnmir.
|