Azərbaycan - Tacikistan
12 İyul 2012, 14:22 (GMT +4)
 Böyütmək üçün klik edin
Tacikistan və Azərbaycan arasında daimi əsaslar üzərində diplomatik münasibətlər 1992-ci il 29 may tarixindən yaranıb. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən və mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib. Azərbaycanla Tacikistan İKT, İƏT, MDB və s. regional təşkilatlarda, həmçinin, TRACECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər. [16:27:49] Vusal Aliyev: Şaxtanın ölkə iqtisadiyyatına ciddi ziyan vurması ilə əlaqədar, Tacikistan hökuməti Azərbaycana müraciət edib. Müraciətə əsasən, Azərbaycan 2008-ci ildə dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan Tacikistana 1 milyon dollar humanitar yardım göstərib.
|