İST-14,5 İstiqlal – İrikalibrli snayper tüfəngi
17 Yanvar 2011, 10:08 (GMT +4)
 Böyütmək üçün klik edin
İST-14,5 Anti-Material Rifle (İstiqlal) – Əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Bu silahın əsas təyinatı rəqibi texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır. Çəkisi 20 kiloqramdır, dəzgah üzərində tətbiq olunur, iki hissəyə bölünüb daşına bilir. Yerli mütəxəssislər tərəfindən hazırlanan “İstiqlal” snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur.
Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan “"İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.
|