Telefonun yaranma tarixi
09 İyun 2012, 16:53 (GMT +4)
 Böyütmək üçün klik edin
Unikal ixtira olan telefon səsi müəyyən məsafəyə ötürmək üçün nəzərdə tutulub. Telefonun ixtirası çox sayda insanın əməyinin bəhrəsi olduğundan onun yaradıcısı kimi konkret şəxsi göstərmək düzgün deyil. Telefonun tarixi uzaq keçmişə gedib çatır. İlk primitiv telefonlar səsi titrəyiş vasitəsilə ötürüb. Məlumatlara görə, 968-ci ildə Çin ixtiraçısı Kunq-fu-Vinqin yaratdığı “thumtsein” adlanan aparat səsi borular vasitəsilə ötürüb. Bu boru müasir telefonun prototipi rolunda çıxış edib. Hələ qədim zamanlarda “ipli telefon”dan istifadı olunub. İki diafraqma arasında çəkilmiş ip vasitəsilə müəyyən məsafədə danışmaq baş tutub. Bu halda səs ipin titrəyişi hesabına bir tərəfdən digər tərəfə ötürülüb.
|