Böyük aviaqəzalar - 2011-2012
24 May 2012, 16:50 (GMT +4)
 Böyütmək üçün klik edin
Hava uçuşlarının tarixini qəzalarsız təsəvvür etmək mümkün deyil. Bu baxımdan göydən suya düşmüş İkarı xatırlamaq kifayətdir. Hava gəmilərinin ilk qəzaları XIX əsrin sonlarında qeydə alınıb. Həmin vaxt qəzaların və ölənlərin sayı uçuşların sayından daha çox idi. XX əsrin ortalarında isə kütləvi hava daşınmaları dövrü başladı. Bu, həm qəzaların, həm də qəza zamanı həlak olanların sayının artmasına səbəb oldu. Hava nəqliyyatının üçüncü dünya ölkələrinə qədəm qoyması tendensiyanın daha da dərinləşməsinə gətirib çıxardı. Terrorçuların təyyarələrdən istifadə etməsi, ötən əsrin 70-ci illərində aviaqəzaların sayının ən yüksək həddə çatması ilə nəticələndi. Lakin son onilliklər ərzində uçuşların təhlükəsizliyinin artırılması istiqamətində böyük işlər görülüb.
|