Laçın – işğalının 20-ci ildönümü
17 May 2012, 18:08 (GMT +4)
 Böyütmək üçün klik edin
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun mərkəzi Laçın şəhəridir. Bu səfalı məkan 126 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarətdir. Laçın 1923-cu ilədək Abdallar, sonra isə Laçın adlanıb. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. Hazırda Laçın rayonunun əhalisi Azərbaycanın müxtəlif ərazisinə səpələnib. İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı olub. Laçın ərazisi tamamilə tarix muzeyidir. Abidələr neçə min ildən bu yana tarixi həqiqətlərdən söz açır, milli varlığımız haqqında soraqları bu günümüzə yetirir. Coğrafi mövqeyi Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 metr yüksəklikdə yerləşən Qızılboğaz dağıdır.
|