Qəhvə yoxsa çay?
12 May 2012, 13:39 (GMT +4)
 Böyütmək üçün klik edin
Həkimlər çox çay içməyi tövsiyə etmirlər.
Bütün bitki çaylarının fərqli xüsusiyyətlər daşıdığı və əhəmiyyətli təsirinin heç də hamısında eyni olmadığı ifadə edilir; yaşıl və qara çaydakı kimyəvi tərkibi də bir-birindən fərqli olduğu üçün hər biri fərqli faydalara malikdir.
Araşdırmalar nəticəsində məlum olub ki, yaşıl çayın xolesterol və yağ üzərindəki müsbət təsiri, təzyiqi tənzimləyir, damar sərtliyinin qarşısını alır, yaşlanmağı gecikdirir. Yaşıl çaydakı təbii kofein insana rahatlıq verir.
Yaşıl çay həmçinin xərçəng xəstəliyinin olma riskini azaldır.
Döyülməmiş qəhvə ovulduqdan sonra suda bişirilərək əldə edilir və bu formada içilir. Araşdırmalar nəticəsində qəhvənin vərdiş yaratdığı məlum olub. Amerikada aparılan yeni bir araşdırmanın nəticəsinə görə isə; bir fincan qəhvə baş ağrısına, qaraciyərə və mədə xəstəliklərinə qarşı faydalı olur. Davamlı və nizamlı olaraq qəhvə içmək xüsusilə qadınlarda infarkt riskini azaldır. İdeal miqdar, gündə 2-3 fincan qəhvə içməkdir.
|